Kim Çen Inın qızı yenidən gündəmdə
Bizi izləyin

Dünya

Kim Çen Inın qızı yenidən gündəmdə

Yenidən Koreya İşçi Partiyasının (KİP) baş katibi seçilən Kim Çen Inın mərasimlərdən birinə qızı Kim Çju E ilə birlikdə qatılması varisliklə bağlı yenidən müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, ata və qızın balkonda oxşar dəri gödəkçələrdə yanaşı dayanması mümkün varislik prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Hərbi rəsmilərin gənc qıza salam verməsi isə Pxenyandakı rejimin gələcəyi ilə bağlı ən güclü siqnal kimi qəbul edilib.

Tədbirdə Rusiya ilə dərinləşən hərbi əməkdaşlıq da diqqət mərkəzində olub. Rusiya-Ukrayna müharibəsində iştirak etmiş əsgərlərin Rusiya bayrağı ilə yürüşü Moskva ilə Pxenyan arasında formalaşan yeni hərbi xətti nümayiş etdirib.

Kim Çen In növbəti beş il ərzində ölkənin nüvə imkanlarının genişləndiriləcəyini açıqlayıb. O, sualtı qayıqlardan buraxılan raketlərin və süni intellekt əsaslı silah sistemlərinin hazırlanacağını qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm