Sosial
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə infotur təşkil olundu - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.
Publika.az xəbər verir ki, iştirakçılar müəssisənin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbir gözdən əlilliyi olan şəxslərə göstərilən xidmətlər və benefisiarların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
İnfotur iştirakçıları şöbədə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olublar.
Qonaqlara məlumat verilib ki, benefisiarlarla brayl əlifbasının öyrədilməsi, əl ağacından düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də ayaq hissiyyatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Hər bir sakinə fərdi inkişaf proqramına uyğun xidmət göstərilir.
Qeyd olunub ki, şöbəyə 5-29 yaşlı şəxslər qəbul edilir. Onlar burada qaldıqları müddətdə sosial-məişət, tibbi-sosial, sosial-psixoloji xidmətlərə cəlb olunurlar və günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
İnfotur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı




















.png)













