Dünya
Avropa İran raketlərinin hədəfi ola bilər
İranda hazırlanmış ballistik raketlər Avropadakı hədəflərə çatmaq qabiliyyətinə malikdir.
Publika.az "News.ru"ya istinadən xəbər verir ki, bunu təqaüddə olan birinci dərəcəli kapitan Konstantin Sivkov bildirib.
İran silahlarının imkanları barədə danışan Sivkov deyib ki, İsraillə toqquşma zamanı İranın ballistik raketləri 2 000 kilometrdən çox məsafə qət edib:
"Bu o deməkdir ki, onlar asanlıqla 3 000 kilometrə, hətta daha çox məsafəyə çata bilərlər. Yəni prinsipcə, onlar Avropaya çata bilərlər. Bundan əlavə, İran özü də xeyli sayda Amerika bazasının onun raketlərinin hədəf diapazonunda olduğunu bildirib".
Sivkov əlavə edib ki, ballistik raketlər öz trayektoriyası boyunca manevr edir və mövcud hava hücumundan müdafiə sistemləri ilə vurulmasını çətinləşdirir. O, raketlərin İsrail və ABŞ Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemlərini darmadağın etməyə qadir olduğunu bildirib.
Adəm
-
Hadisə18:40"Ginnesin rekordlar kitabı"na düşən Lənkəran sakininin meyiti dənizdən tapıldı - Foto
-
İKT18:10Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək
-
Rəsmi xronika17:11Prezident sərəncam imzaladı
-
Hadisə16:18Azərbaycanda ard-arda zəlzələ oldu - Yeniləndi
-
Rəsmi xronika13:43İlham Əliyev fərman imzaladı
-
Nəqliyyat13:24Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
-
Magazin113:08Tolikdən sonra Zaurun da verilişi DAYANDIRILIB? - Video
-
Magazin212:48Sarkozinin qızı soyundu, aləm qarışdı - Foto




























.jpg)





