Dünya
ABŞ-ın İranla bağlı strateji səhvi: Tehran ancaq bu halda müharibəni dayandıracaq
ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumun qısa müddət çəkəcəyi bildirilsə də, hazırkı mənzərə bunun əksini deməyə əsas verir. İranda hərbi və siyasi rəhbərlərin öldürülməsi ilə böyüyən toqquşma, digər dövlətlərin də prosesə qoşulması riskini yaradıb. Əsas sual bu prosesin daha nə qədər uzanacağı və regiona necə təsir edəcəyi ilə bağlıdır.
Yaxın Şərq üzrə politoloq Atılqan Bayar məhz bu məsələ ilə bağlı Publika.az-a açıqlama verdi.
Onun sözlərinə görə, ABŞ və İsrail qısa müddətli müharibə planlaşdırsalar da, İranın strategiyası müharibəni uzadaraq İsrailin ciddi itkilər verməsi və ABŞ-ın iqtisadi maraqlarını dağıtmaq üzərində qurulub:
"Bu prosesdə rasional olan ABŞ çox ağır strateji səhv etdi. Dini lider Əli Xamenei başda olmaqla İranın komanda heyətini məhv etməsi nəticəsində ABŞ qarşısında danışıqlar aparmaq üçün tərəf tapmaz hala gəldi. Bu vəziyyətdə komanda heyəti ilə birliklər arasındakı əlaqələrin kəsilməsi ilk baxışda İran üçün dezavantaj kimi görünsə də, İran mənəvi müharibə strategiyası inkişaf etdirdi. Bu isə ABŞ-ı çaşdırdı.
Vaşinqtonun səhvi rasional ordusunu İsrail kimi irrasional müttəfiqlə birlikdə İran kimi irrasional ölkəyə qarşı müharibəyə cəlb etməsi oldu. ABŞ nə bu irrasional mübarizə terminologiyasına, nə də onun dinamikasına hakimdir".
Politoloq hesab edir ki, İran müəyyən hədəflərinə çatanadək müharibəyə davam edəcək:
"İran Benyamin Netanyahu gedənə qədər müharibəni dayandırmayacaq. Xameneinin yerinə kimin gələcəyini bilmək isə mümkün deyil. Lakin həm Qərbi, həm də Şərqi yaxşı tanıyan İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani təcrübəsi ilə bu prosesdə çox təsirli ola bilər.
Rza Pəhləviyə gəldikdə isə o, şişirdilmiş fiqurdur. İran kimi qədim sivilizasiyalarda xainlərin hakimiyyətə gəlməsi mümkün deyil. Buna ilk növbədə İran türkləri müqavimət göstərəcək.
İran cəmiyyəti xarici təzyiqləri qəbul edən bir cəmiyyət deyil və müharibənin şiəliyə qarşı açıldığı təsəvvürü rejimi gücləndirdi. Artıq İran məğlub olsa belə, rejim məğlub olmayacaq. Yas mədəniyyəti üzərində qurulmuş bir sivilizasiyaya yeni bir dini yas vermək ABŞ-ın etdiyi ən böyük strateji səhv oldu".
Roza Şəfiyeva
-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...
-
Dünya14:40Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ



























.jpg)






