Dünya
Kanadadan mesaj: Yaxın Şərqdəki müharibəyə qoşula bilərik
Kanadanın Baş naziri Mark Karni ölkəsinin Yaxın Şərqdəki müharibədə mümkün iştirakını tam istisna etmədiyini bildirib.
Publika.az "Aljazeera"yə istinadla xəbər verir ki, o, bu haqda Kanberrada Avstraliyanın Baş naziri Entoni Albaneze ilə birgə çıxışı zamanı danışıb.
Kanadanın müharibəyə qoşulmasının mümkün olub-olmadığı barədə suala cavab verən Karni, bunun hipotetik məsələ olduğunu vurğulayıb. “Bunu heç vaxt qəti şəkildə istisna etmək olmaz”, - deyə o bildirib.
Baş nazir əlavə edib ki, Kanada müttəfiqlərinin yanında olacaq və hər zaman öz vətəndaşlarını müdafiə edəcək.
Karni daha əvvəl ABŞ və İsrailin İrana endirdiyi zərbələri “müəyyən təəssüf hissi ilə” dəstəklədiyini, lakin bunun dünya nizamının sarsıldığını göstərən ekstremal nümunə olduğunu deyib. O, həmçinin qeyd edib ki, Kanada ABŞ və İsrailin İrana hücumu barədə əvvəlcədən məlumatlandırılmayıb və bu əməliyyatda iştirak etməyə dəvət olunmayıb.
Baş nazir bildirib ki, ilk baxışdan bu hücumlar beynəlxalq hüquqa uyğun görünmür. Karni əlavə edib ki, ABŞ və İsrail hücumları həyata keçirərkən BMT ilə məsləhətləşməyib və müttəfiqlərlə, o cümlədən Kanada ilə də bu məsələni müzakirə etməyib. Eyni zamanda o, İranda mülki əhaliyə qarşı zərbələri pisləyərək, bütün tərəfləri beynəlxalq qaydalara riayət etməyə çağırıb.
Adəm
-
Nida Xəbər 12:58Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi
-
Sosial12:27Naxçıvandan daha bir - Video
-
Hadisə12:18İranın Naxçıvanı vurmasının detalları bəlli oldu: Hücum davam edir - Video
-
Dünya11:35Qaçılmazdır: Yaxın günlərdə neft bu qiymətə olacaq
-
Sosial11:32Nicat Kazımova yeni vəzifə verildi
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı
-
Region09:48Pezeşkiandan bu ölkənin hərəkətinə reaksiya: Deməli, Qərbdə hələ də...
-
Dünya08:49ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir

















.jpg)








.jpg)



.jpg)





