İran Türkiyə ilə bağlı xəbəri təkzib etdi: Biz deyilik
Bizi izləyin

Dünya

İran Türkiyə ilə bağlı xəbəri təkzib etdi: Biz deyilik

İran Türkiyəyə raket atdığını təkzib edib.

Publika.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.

"İran İslam Respublikasının silahlı qüvvələri qonşu və dost ölkə olan Türkiyənin suverenliyinə hörmət edir və bu ölkənin ərazisinə hər hansı raket atılmasını təkzib edir", - bəyanatda bildirilib.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, raket İraq və Suriya üzərindən uçduqdan sonra Türkiyə hava məkanına yaxınlaşıb. Havada məhv edilən raket heç bir itkiyə səbəb olmayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm