Dünya
Türkiyədən İranın raket hücumuna cavab: Tərəddüd etmədən...
Xəbər verdiyimiz kimi, İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkarlanan ballistik raket havada məhv edilib.
Publika.az “Milliyet”-ə istinadən xəbər verir ki, Ankarada raketin Türkiyəni hədəf alıb-almadığı, həmçinin İran daxilindəki müəyyən qruplar tərəfindən təxribat olub-olmadığı ilə bağlı müzakirələr artıb.
Məlumata görə, İran komandanlıq strukturunun hədəfə alınması səbəbindən səlahiyyətlər aşağı səviyyəli komandirlərə həvalə edilib. Nəzərdən keçirilən ssenarilərdən biri, İsrail kəşfiyyatının rəhbərliyi altında aşağı səviyyəli komandirlərdən birinin atəş açmaq əmri verməsi ehtimalıdır.
Həmçinin bildirilib ki, PKK-nın İranda 2-3 min, Kürdüstan Demokrat Partiyasının (KDP) 1500-2000 elementi olduğu təxmin edilir. Bununla yanaşı, İrandakı bəzi kürd təşkilatları “İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyası” adı altında bir struktur yaradıblar.
Təqaüdçü kontr-admiral Cem Gürdənizin sözlərinə görə, İrandakı kürd qruplarının birləşməsi Türkiyə üçün ciddi təhlükə mənbəyidir. O vurğulayıb ki, Türkiyə bu qrupların birləşməsinə və müstəqil kürd dövləti qurmasına imkan verməməlidir.
Qeyd edək ki, Ankara oxşar hadisənin bir daha baş verməməsi üçün Tehrana ciddi xəbərdarlıq edib. Rabitə İdarəsinin yaydığı bəyanatda vurğulanıb ki, Türkiyə ərazisi və hava məkanının müdafiəsi üçün bütün lazımi addımlar atılacaq.
Roza
-
Nida Xəbər 13:30Müdafiə Nazirliyi bəyanat yaydı - Hücum cavabsız qalmayacaq
-
Nida Xəbər 12:58Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi
-
Sosial12:27Naxçıvandan daha bir - Video
-
Hadisə12:18İranın Naxçıvanı vurmasının detalları bəlli oldu: Hücum davam edir - Video
-
Dünya11:35Qaçılmazdır: Yaxın günlərdə neft bu qiymətə olacaq
-
Sosial11:32Nicat Kazımova yeni vəzifə verildi
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı
-
Region09:48Pezeşkiandan bu ölkənin hərəkətinə reaksiya: Deməli, Qərbdə hələ də...
























.jpg)




.jpg)





