Ordu mülki əhaliyə xəbərdarlıq etdi - Bu şəhərdən çıxın, bombalayırıq!
Bizi izləyin

Dünya

Ordu mülki əhaliyə xəbərdarlıq etdi - Bu şəhərdən çıxın, bombalayırıq!

İsrail ordusu İranın Qum şəhərindəki sənaye zonasında yaşayan sakinlər üçün xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ordu bununla bağlı "X" hesabında fars dilində paylaşım edib.

Paylaşımda həmin ərazinin xəritəsi göstərilib və ərazinin dərhal tərk edilməsi xahiş olunub.

"Yaxın saatlarda ordumuz İran rejiminin hərbi infrastrukturuna zərbələr endirmək məqsədilə bu ərazidə fəaliyyət göstərəcək. Burada qalmaq həyatınızı riskə atır", - bəyanatda qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm