Yaponiya Trampın "Qızıl Günbəz" layihəsinə qoşulacaq
Bizi izləyin

Dünya

Yaponiya Trampın "Qızıl Günbəz" layihəsinə qoşulacaq

Yaponiya ABŞ-ın "Qızıl Günbəz" raketdən müdafiə təşəbbüsünə qoşulmaq niyyətindədir.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələr məlumat verib.

Bildirilib ki, Yaponiyanın baş nazir Sanae Takaiçi martın 19-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşərkən məsələ ilə bağlı son planı açıqlayacaq.

Həmçinin Takaiçi Vaşinqtonun Yaxın Şərq müharibəsi və digər münaqişələr səbəbindən raket istehsalında Yaponiyaya kömək təklifi etmələrini gözlədiklərini bildirəcək.

Qeyd edək ki, ötən il elan edilən Trampın "Qızıl Günbəz" layihəsi, orbitdən gələn təhdidləri aşkarlamaq və onlara qarşı durmaq üçün yerüstü müdafiənin genişləndirilməsini nəzərdə tutur.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm