İdman
İran DÇ-2026-ya görə bu ölkə ilə danışıqlar aparıb: Plan nə idi?
İranın idman naziri Əhməd Donyamali bildirib ki, ölkə 2026-cı il dünya çempionatında milli komandanın oyunlarının Meksikaya keçirilməsi ilə bağlı danışıqlar aparıb.
Publika.az xəbər verir ki, o, bu barədə dövlət televiziyasına açıqlamasında bildirib.
"İranın Meksikadakı səfiri danışıqlar aparırdı ki, əgər Meksika İranın iştirakı ilə oyunlara ev sahibliyi etməyə razı olsa, biz Dünya Kubokuna gedə bilərik. Amma bu ehtimal çətin görünür", - deyə o qeyd edib.
Daha əvvəl verdiyi açıqlamada isə Donyamali milli komandanın turnirdə iştirak edə bilməyəcəyini bildirmişdi.
Püşkatmanın nəticəsinə görə, İran G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə mübarizə aparacaq. Qrup mərhələsinin hər üç oyununun ABŞ ərazisində keçirilməsi planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp isə qeyd edib ki, Birləşmiş Ştatlar İranın iştirakına mane olmur, lakin idmançıların təhlükəsizliyi ilə bağlı riskləri nəzərə alaraq onların gəlişini məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Heybət
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI




























.png)


.jpg)




