Dünya
Müharibəyə görə iş saatları azaldıldı - Məsafədən təhsil tətbiq edilir
Küveytdə iş yerlərində çalışanların sayı 70 faiz azaldılıb, iş saatları 6 saata endirilib, şagirdlər isə məsafədən təhsil sisteminə keçirilib.
Publika.az “əş-Şarq əl-Avsət” qəzetinə istinadən xəbər verir ki, bu qərar Körfəz regionunda artmaqda olan gərginlik nəticəsində ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində qəbul edilib.
Küveyt Mülki Xidmət İdarəsi Ramazandan sonra dövlət qurumlarında iş rejiminin yalnız 30 faiz əməkdaşla davam etdiriləcəyini açıqlayıb. Eyni zamanda, növbəli və məsafədən iş rejiminin tətbiqi, gündəlik iş saatlarının bir saat azaldılaraq 6 saata endiriləcəyi və növbəti xəbərdarlığa qədər axşam növbəsində işlərin dayandırılacağı elan edilib.
Küveytin təhsil naziri Cəlal əl-Təbatəbai təhsil müəssisələrində dərs saatlarının mövcud şəraitə uyğun şəkildə tənzimlənməsi barədə göstəriş verib. O bildirib ki, mövcud vəziyyət davam edərsə, Fitr bayramı tətilindən sonra tədris məsafədən təhsil sistemi ilə davam etdiriləcək. (Azərtac)
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı


































