Yaxın Şərq
O da öldürüldü: 1 həftə öncə təyin olunmuşdu... - Foto
İsrail ordusu Beyrut ərazisinə endirdiyi zərbə nəticəsində “İmam Hüseyn” diviziyasının komandiri Həsən Əli Mərvanı zərərsizləşdirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Mərvan bu vəzifəyə cəmi bir həftə əvvəl, sələfi Əli Məsləm Təbacənin öldürülməsindən sonra təyin edilmişdi:
“O, “Şimal oxları” əməliyyatı başlayandan bəri diviziyanın məhv edilən sayca üçüncü komandiridir. Mərvanın sələfləri Təbacə və ondan əvvəlki komandir Zülfüqar da İsrailin xüsusi əməliyyatları nəticəsində sıradan çıxarılıb. H. Ə. Mərvan diviziya ilə “Hizbullah” və İranın Qüds qüvvələrinin yüksəkrütbəli hərbi rəsmiləri arasında koordinasiyaya cavabdeh idi. O, həmçinin İsrail və Livanın cənubunda fəaliyyət göstərən IDF bölmələrinə qarşı raket, PUA və mərmilərin atılmasına birbaşa rəhbərlik edirdi. Mərvan bütün bölmə əməliyyatlarını idarə edir və döyüşçülərin Livanın cənubunda yerləşdirilməsinə cavabdehlik daşıyırdı”.
Qeyd edək ki, “İmam Hüseyn” diviziyası İranın Qüds qüvvələri tərəfindən yaradılmış hərbi birləşmədir. (Qafqazinfo)
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
















.jpg)





















