MDB
Epşteynin “model tələsi” - Milyarderin seks köləsi olan rus qadın şok detalları açdı
ABŞ-da qalmaqallı maliyyəçi Ceffri Epşteynlə bağlı yeni faktlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Moskvadan olan model Lana Pojidayeva (əsl adı Svetlana Pojidayeva) “Wall Street Journal”a müsahibəsində onun qurduğu şəbəkə barədə sensasion açıqlamalar verib.
O bildirib ki, Epşteyn 2008-ci ildə azyaşlı ilə bağlı məhkəmə qalmaqalından sonra taktikasını dəyişərək Avropa və Rusiyadan gənc görünüşlü modelləri hədəfə almağa başlayıb.
Pojidayevanın sözlərinə görə, o, Epşteyn tərəfindən "Victoria's Secret" kastinqi vədi ilə aldadılıb. Lakin kastinq baş tutmayıb və model onun təsiri altına düşərək faktiki olaraq seks köləliyinə məruz qalıb.
O qeyd edib ki, təzyiqlər nəticəsində digər qızları da bu şəbəkəyə cəlb etməyə məcbur edilib: “Özümü model agentliyinin nümayəndəsi kimi təqdim edirdim, qızları tapır, yaşlarını yoxlayır və şəkillərini ona göndərirdim”.
“Həmişə gülümsəməli idim, amma daxilən depressiya, yuxusuzluq və qida pozuntuları ilə mübarizə aparırdım”, - deyə model yaşadıqlarının onda ciddi psixoloji problemlər yaratdığını bildirib.
Onun sözlərinə görə, Epşteyn bütün xərclərini nəzarətdə saxlayır, ailəsinə də maliyyə dəstəyi göstərirdi. Həmçinin ona ABŞ vizası almaqda kömək edib və Manxettendə mənzil verib.
“Belə insanlar əvvəlcə səni özlərindən asılı vəziyyətə salırlar. Bundan sonra qurtulmaq demək olar ki, mümkün olmur”, - deyə Pojidayeva bildirib.
Qeyd edək ki, modelin adı bu ilin fevralında Epşteyn işi üzrə ilk dəfə hallanıb. Onun Karib dənizində yerləşən Kiçik Sent-Ceymsdə "Little St. James) adasında təşkil edilən məşhur məclislərdən birində iştirak etdiyi də iddia olunur.
Adəm
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq





































.jpg)
