Nida Xəbər
326 milyonluq qaçaqmalçılıqda təqsirləndirilən şəxslər barəsində qərar verildi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə şübhəli bilinən Elvin Şirinov, Zöhrab Hidayətov və Qaçqın Hümbətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin Şirinov 8 il, Zöhrab Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər AR Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.
Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.
Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.
DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür







.jpg)


























