Merts Trampa qarşı çıxdı - Ukraynanın taleyi ABŞ-la Rusiya arasında həll oluna bilməz
Bizi izləyin

Dünya

Merts Trampa qarşı çıxdı - Ukraynanın taleyi ABŞ-la Rusiya arasında həll oluna bilməz

Almaniya kansleri Fridrix Merts Ukrayna böhranı ilə bağlı danışıqların yalnız ABŞ və Rusiya arasında aparılmasının qəbuledilməz olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat yayıb.

Merts Bundestaqda çıxışı zamanı vurğulayıb ki, Ukraynanın gələcəyi nə Ukraynanın özü, nə də Avropa liderləri kənarda saxlanılaraq müəyyən edilə bilməz: “Danışıqların yalnız Rusiya ilə ABŞ arasında aparılması, Ukrayna və avropalıları kənarda qoymaq qəbuledilməzdir”.

Kansler eyni zamanda Kiyevə ayrılması razılaşdırılmış kreditin təcili şəkildə blokdan çıxarılmasının vacibliyini də qeyd edib.

Qeyd edək ki, Mertsin bu mövqeyi ABŞ prezidenti Donald Trampın son açıqlamaları ilə ziddiyyət təşkil edir. Tramp bundan əvvəl Ukrayna məsələsində Avropa İttifaqı ilə işləməyə ehtiyac görmədiyini bildirmişdi.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm