Baxçalıdan Yaxın Şərqlə bağlı xəbərdarlıq: Bu mexanizm sürətlə qurulur
Bizi izləyin

Dünya

Baxçalıdan Yaxın Şərqlə bağlı xəbərdarlıq: Bu mexanizm sürətlə qurulur

MHP sədri Dövlət Baxçalı Ramazan Bayramı münasibətilə dərc etdiyi mesajda Yaxın Şərqdə artan gərginliklə bağlı çox sərt xəbərdarlıqlar edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baxçalı İsrail və ABŞ-ın bölgədəki hərəkətlərini "humanitar və mənəvi iflas" adlandırıb.

O, İrana qarşı hücumların regional fəlakətə çevrildiyini vurğulayıb:

"Dünən Fars körfəzindəki Cənubi Pars qaz yatağının hədəfə alınması müharibənin genişləndirilməsi strategiyasının bir hissəsidir. Təəssüf ki, Körfəz ölkələrini də əhatə edəcək geniş və gərgin bir müharibənin mexanizmləri sürətlə qurulur”.

MHP lideri İsrailin əl-Əqsa məscidini ibadət üçün bağlamaq qərarını "birtərəfli məcburiyyət" adlandıraraq, inanc azadlığına edilən hücumları pisləyib.

Türkiyənin regional fırtınaya qarşı daxili bütövlüyünü qorumasının vacibliyinə toxunan Baxçalı, "terrorsuz Türkiyə" məqsədini tarixi bir addım kimi qiymətləndirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm