Region
Xamenei ABŞ ilə danışıqlara razılıq verib? - Tehrandan yeni AÇIQLAMA
İranda ali lider Müctəba Xameneinin ABŞ ilə danışıqlara razılıq verməsi barədə məlumat təsdiqlənməyib.
Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasındakı məlumatlı mənbə "RT"yə bildirib.
Bundan əvvəl İsrailin "Ynet" nəşri mənbələrə istinadla məlumat yaymışdı ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa yeni Xameneinin Amerika-İran danışıqlarına razı olduğunu deyib.
Məlumata görə, Xamenei Tehranın şərtlərinə əməl olunacağı təqdirdə bu məsələnin mümkün qədər tez bağlanmasını xahiş edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib ki, İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri beş gün müddətinə təxirə salıb. Onun sözlərinə görə, həmin günlərdə İranla sülh danışıqları aparılacaq.
O qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin tam və qəti şəkildə nizamlanması barədə kifayət qədər yaxşı və məhsuldar söhbətlər baş tutub.
Hüseyn İbadlı
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq




































.jpg)
