Yaxın Şərq
İran İsrailin hərbi və aerokosmik sənayesinə zərbə endirdi
İran ordusu Hayfada yerləşən "Rafael Advanced Defense Systems" silah şirkətinin sənaye obyektlərinə və İsraildəki Ben-Qurion hava limanının yaxınlığındakı "Israel Aerospace Industries" texnologiya müəssisəsinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran ordusunun mətbuat xidmətinə istinadla məlumat yayıb.
"İran ordusu sübh çağı pilotsuz uçuş aparatları ilə Hayfada 'Rafael' silah şirkətinə, Ben-Qurion hava limanı yaxınlığındakı 'Israel Aerospace Industries' obyektlərinə, həmçinin həmin hava limanındakı yanacaqdoldurma təyyarələrinə zərbələr endirib", - deyə nəşr yazıb.
Martın 23-də İran, Amerika tərəfinin danışıqların getməsi barədə bəyanatlarından sonra ABŞ-ın Yaxın Şərqdəki bir sıra hərbi bazalarına hücum edib.
ABŞ Prezidenti Tehranla "məhsuldar danışıqlardan" sonra İranın enerji obyektlərinə zərbələrin beş gün müddətinə təxirə salınması barədə göstəriş verdiyini bəyan edib. Bu xəbərin fonunda neft qiymətləri kəskin şəkildə aşağı düşüb. Lakin İranda danışıqlar barədə məlumat yoxdur: prezident Məsud Pezeşkian Ağ Ev rəhbərini qiymətləri aşağı salmaq və vaxt qazanmaq cəhdində ittiham edib.
SEPAH isə hesab edir ki, ABŞ Qərbin enerji infrastrukturuna endiriləcək cavab zərbələrindən qorxaraq geri çəkilib.
Hüseyn İbadlı
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU




































