Netanyahu əmr verdi - 48 saata məhv ediləcək
Bizi izləyin

Dünya

Netanyahu əmr verdi - 48 saata məhv ediləcək

ABŞ prezidenti Donald Trampın İranla müharibənin dayandırılması ilə bağlı açıqlamaların getdikcə artdığı bir vaxtda, İsrailin baş naziri Benyamin Netanyahu tam əks məzmunlu göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Bildirilir ki, Netanyahu İsrail ordusuna qarşıdakı 48 saat ərzində İranın hərbi-sənaye infrastrukturuna maksimum zərbə endirərək mümkün qədər çox obyektin məhv edilməsini tapşırıb.

Bu qərar Vaşinqtonla Təl-Əviv arasında strateji fikir ayrılıqları ilə bağlı müzakirələrə səbəb olub. İsrail İranın nüvə və hərbi potensialını tamamilə zərərsizləşdirməyə çalışdığı halda, ABŞ administrasiyası Hörmüz boğazında gəmiçiliyin bərpasına və enerji təchizatının normallaşdırılmasına üstünlük verir.

Nəşr qeyd edir ki, bu kritik 48 saatlıq dövrdə region diplomatiya ilə genişmiqyaslı müharibə arasında olduqca həssas bir mərhələyə qədəm qoyur. (Globalinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm