Region
İrəvanda hindlilərin “razborka”sı – Xəsarət alanlar var
İrəvanda bir qrup Hindistan vətəndaşı öz həmvətənlərinə qarşı quldurluq və silahlı hücum törədib.
Publika.az xəbər verir ki, “Shamshyan.com” saytının məlumatına görə, 9 mart tarixində təxminən saat 02:10 radələrində 25 yaşlı Hindistan vətəndaşı Şivam A. Ermənistan Daxili İşlər Nazirliyinin Baş Cinayət Polisi İdarəsinin İrəvan Şəhər İdarəsinə zəng edərək naməlum şəxsin onu bıçaqla təqib etdiyini və əllərinin qan içində olduğunu bildirib.
Daha sonra 34 yaşlı Hindistan vətəndaşı Manan M. zəng edərək kiminsə onun mənzilinə girib onu döyüb qaçdığını bildirib. Şivam A. hadisə yerində olan polisə bildirib ki, 9 mart tarixində təxminən saat 01:30 radələrində altı naməlum Hindistan vətəndaşı onun mənzilinə girib, onu oyadıb və pul tələb ediblər. O, pulunun olmadığını iddia edib, sonra onu kəmərlə arxadan vurublar, üzün və başına bıçaqla xəsarət yetiriblər, şalvarının cibindən “Realmi C63” mobil telefonunu və döşəyinin altından 190.000 dram pulunu oğurlayıblar. Onunla birlikdə yaşayan Hindistan vətəndaşları Manan M., Harpinder S., Rahul və Amrik S. də hücum məruz qalıblar. Cinayətkarlar onlardan da pul oğurlayıblar.
Polis tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxslərin Hindistan vətəndaşları olduğu müəyyən edilib: 37 yaşlı Jajmanjot D., 32 yaşlı Ram L., Mintu S., Anmol S. və Ajay K.
Tural
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu















.jpg)






















