İdman
Usik əmindir: O, şəksiz dünya çempionu olacaq
Ukraynalı boksçu Aleksandr Usik (24-0, 15 KO) Entoni Coşuanın (29-4, 26 KO) ağır çəkidə şəksiz çempion olacağına inanır.
Publika.az xəbər verir ki, 39 yaşlı idmançı bu barədə “Daily Mail Boxing” YouTube kanalına verdiyi müsahibədə bildirib.
“Bilirəm ki, Tanrı mənə və Coşuaya sınaqlar verir. Amma əgər bu sınaqlardan keçsək, deyəcək: “Yaxşı, hazırsan, növbəti səviyyəyə keçirsən”. Düşünürəm ki, mənimlə Coşua arasında baş verənlər Tanrının planı idi: 2026-27 – Entoni şəksiz çempiondur. Yaxşı fikirdir. Usikin köməyi ilə. Əla. Mən buna imza atdım”.
Dünya çempionunun sözlərinə görə, Coşua 2027-ci ilə qədər divizionun bütün kəmərlərini toplaya biləcək.
“Bəli, mümkündür. Çoşua, mümkündür, sən mübahisəsiz çempion olacaqsan”, – deyə Usik əlavə edib.
Qeyd etmək lazımdır ki, Aleksandr Usik və Entoni Coşua rinqdə iki dəfə qarşılaşıblar. 2021-ci ildə ukraynalı boksçu britaniyalı boksçunu yekdil qərarla məğlub edərək ondan WBA, IBF, WBO və IBO kəmərlərini alıb.
2022-ci ilin avqust ayında baş tutan revanş döyüşündə Usik Coşuanı hakimlərin yekdil olmayan qərarı ilə məğlub etdi.
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar





































