MDB
Ukraynaya qaz zərbəsi - Tədarük dayandırıldı
Budapeşt “Drujba” kəməri vasitəsilə Kiyevə qaz tədarükünü dayandırıb.
Publika.az xəbər verir ki, Macarıstanın Baş Naziri Viktor Orban bu qərarın hökumətin iclasında qəbul edildiyini bildirib.
“Ukrayna neft tədarük etməyincə, Macarıstandan qaz almayacaq. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzinin sabit qiymətini və qazın endirimli tariflərini saxlayacağıq”, – deyə Orban qeyd edib.
Qeyd edək ki, yaxın keçmişdə Ukrayna yalnız Rusiya qazını Macarıstana tranzit edirdi, həm də əks istiqamətdə işləyə bilən kəmər vasitəsilə oradan qaz alırdı. “Ukrayna Qaz Nəqliyyat Sistemi Operatoru”nun məlumatına görə, 2025-ci ildə Ukrayna idxal etdiyi qazın təxminən 46%-ni Macarıstandan alıb. Bu tədarük onun aylıq ehtiyacının 20–30%-ni təmin edirdi.
2025-ci ildə Macarıstandan Ukraynaya ixrac olunan təbii qazın ümumi həcmi təxminən 2,5 mlrd kubmetr olub və 2022-ci illə müqayisədə beş dəfə artıb. Macarıstan digər mənbələrdən gələn qazı öz ərazisindən tranzit edib.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
