Dünya
Dünya nəhəngləri çətin vəziyyətdə: Milyardlıq layihə təhlükədə
Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi altıncı nəsil GCAP qırıcı təyyarə layihəsi ciddi maneələrlə üzləşib. 2035-ci ilə qədər tamamlanması planlaşdırılan layihənin vaxtında hazır olmayacağı ehtimal olunur.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, mümkün gecikmə maliyyə problemləri və xərclərin həddindən artıq artması ilə bağlıdır. Yaranmış vəziyyətdə proqramın iştirakçılarının sayının artırılması müzakirə edilir. Belə ki, layihəyə daha bir neçə ölkənin cəlb olunması nəzərdə tutulur.
Potensial tərəfdaşlar arasında Avstraliya, Almaniya, Polşa, Səudiyyə Ərəbistanı, Sinqapur və İsveçin adları çəkilir. Bundan əlavə, Kanada artıq müşahidəçi statusu almaq üçün müraciət edib.
Britaniya Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, layihə iştirakçıları proqramın hədəflərinə və müəyyən olunmuş qrafikə sadiq qalmaq şərtilə yeni tərəfdaşları qəbul etməyə hazırdırlar.
Eyni zamanda, rəsmi London Ukraynaya hərbi dəstəyi də davam etdirir. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün əlavə vəsait ayrılacaq. Bura raketlərin və artilleriya mərmilərinin tədarükü daxildir.
Müəllif: Adəm
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü











.jpg)





















