Sosial
Bakıda restoranda bu da oldu: Kartofu qızartdıqları yağın pulunu da hesaba yazdılar - FOTO
Bakıda restoranlardan biri kartofu qızartdığı yağın pulunu da hesaba yazıb.
Publika.az xəbər verir ki, bu barədə tanınmış aparıcı, diksiya təlimçisi Cəlalə Nəzəroğlu bildirib.
“Yaşadığım binanın içində bir restoran var. Yumurtadan yun qırxılan bir yerdir. Yemək bişirməyə həvəsim olmadı, dedik, eybi yox, düşüb orada yeyək. Kəndsayağı kartof da sifariş etmişik. Qəbz gələndə təəccübləndim-kartofu qızartdıqları yağın da pulunu yazıblar! Çağırıb deyirəm, bu, nədir? Deyir, "free" qazanında yox, tavada qızarıb. Dedim, başa düşürəm e, kartofu çiy gətirəsi deyildiniz ki!
Onda lütfən, gedin tavanın da pulunu əlavə edin, tam ödənişi köçürüm. Gülməli açıqlama:
"Çox sağ olun ki, bildirdiniz, başa düşdük". Guya indiyə kimi xəbərləri yox imiş. Hələ bu azmış kimi, ofisanta göstəriş verir ki, yağın pulunu çıx. Üzrü qəbahətindən də böyük! Tam ödənişi etdim, amma heyif qazın və tavanın pulunu almadılar.
Rəhbərliyə sözümü necə lazımdır dediyim üçün adını yazmağı mənasız hesab edirəm. Daha öncə bütün yerlərin adını yazmışam, ondan sonra başlayıblar könül almaq məqsədilə "elçiliyə". Bu isə mənə lazım deyil”, - o qeyd edib. (Pravda.az)
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək







.jpg)







.jpg)








.jpg)











