Dünya
Rusiyanın milyardları uğrunda savaş: Aİ G7-dən tələb etdi
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya vəd edilən 50 milyard dollarlıq kredit proqramının icrasını sürətləndirmək üçün "Böyük Yeddilik" (G7) ölkələrinə təzyiqi artırır.
Publika.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bu həftə Vaşinqtonda Yaponiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşərək ERA (Ukrayna üçün Gəlirlərin Sürətləndirilməsi) proqramı çərçivəsində ödənişlərin dərhal həyata keçirilməsini tələb edəcək.
Bildirilir ki, Avropa İttifaqı öz payına düşən öhdəliyi artıq tam yerinə yetirib. Lakin G7 ölkələri vəd edilən məbləğin təxminən 8,2 milyard dollarını hələ də Ukraynaya təqdim etməyib.
Dombrovskisin BVF və Dünya Bankının bahar toplantıları çərçivəsində bu gün və sabah həm G7 nazirləri, həm də Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə ciddi danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, Ukraynadakı münaqişə başladıqdan sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankının ehtiyatlarını dondurub. Bu aktivlərin ən böyük hissəsi - 180 milyard avro Belçikanın "Euroclear" depozitariysində saxlanılır.
Müəllif: Adəm
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!











.jpg)

.jpg)












.jpg)







