Dünya
İranda müəmmalı vəziyyət: Xameneinin yerinə qərarları kim verir?
İranda dini lider Müctəba Xameneinin öldüyü və ya ağır yaralandığı ilə bağlı yayılan xəbərlər fonunda ölkədə mühüm qərarların Məhəmməd Bağır Qalibaf tərəfindən verildiyi iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xameneinin adından yayımlanan rəsmi sənədlərin metadata məlumatları araşdırılıb və onların Qalibafın ofisində istifadə olunan rəqəmsal imzalarla eynilik təşkil etdiyi müəyyən edilib.
İddiaya əsasən, PDF sənədlərindəki “Adobe” proqram təminatı və versiya məlumatlarının tam üst-üstə düşməsi sənədlərin eyni kompüterdə hazırlandığını göstərir. Bu isə Qalibafın Xameneinin adından sənədlər hazırladığı ehtimalını gündəmə gətirib.
Qeyd edək ki, sözügedən məlumatlar Rusiya mediası və kəşfiyyat mənbələrinə istinadən yayılıb, İran rəsmiləri isə iddialarla bağlı hələlik açıqlama verməyiblər.
Müəllif: Roza
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)


.jpg)



.webp)



















