Dünya
Bir ayda 28 min yoluxma: Bu ölkəyə səfər edənlərə xəbərdarlıq
Çinin Quanqdonq əyalətində təkcə may ayında əl, ayaq və ağız xəstəliyinə yoluxanların sayı 28 minə çatıb.
Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, xüsusilə Şençjen şəhərində bəzi məktəblərdə kütləvi yoluxma halları qeydə alınıb.
Mütəxəssislər bildirib ki, xəstəlik əsasən qızdırma, boğaz ağrısı, ağız boşluğunda yaralar, əl və ayaqlarda səpkilər və qabarcıqlarla özünü göstərir. Əksər hallarda xəstələr 7-10 gün ərzində sağalırlar.
Həkimlər xüsusilə uşaqlarda yuxu zamanı tez-tez diksinmə və ya qəfil oyanma kimi əlamətlərin ciddi qiymətləndirilməli olduğunu bildirirlər.
Mütəxəssislər virusun yoluxmuş şəxslərin ifrazatları və çirklənmiş səthlər vasitəsilə yayıldığını da vurğulayıb.
Müəllif: Roza
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
























.jpg)







