Dünya
Bolqarıstanda siyasi xəritə dəyişir: Seçkilərdə elə şeylər baş verdi ki...
Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində siyasi mənzərə tamamilə dəyişib. Eks-prezident Rumen Radevin rəhbərlik etdiyi qüvvələr rəqiblərinə böyük üstünlüklə qalib gəlib.
Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının protokolların 68,34%-nin emalından sonra açıqladığı rəsmi nəticələr ölkədə böyük səs-küyə səbəb olub.
Son məlumatlara görə, Rumen Radevin "Proqressiv Bolqarıstan" koalisiyası 44,48% səs toplayaraq inanılmaz bir fərqlə liderliyə yüksəlib. Bu nəticə rəqib bloklar üçün gözlənilməz zərbə hesab olunur.
Seçkilərdə digər yerlər belə bölünüb: "Dəyişikliklərə davam" və "Demokratik Bolqarıstan" bloku - 14,002%; GERB və Demokratik Qüvvələr İttifaqı - 13,104%.
Siyahıda növbəti yerlərdə "Haqq və Azadlıqlar Hərəkatı" və "Dirçəliş" partiyası qərarlaşıb.
Qeyd edək ki, 240 yerlik parlament uğrunda 14 partiya və 10 koalisiya mübarizə aparır. Hazırda səslərin sayılması davam edir və yekun nəticələrin siyasi xəritəni tamamilə dəyişəcəyi gözlənilir.
Müəllif: Adəm
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz





































