Dünya
Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
Ermənistan Baş naziri Nikol Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını açıqlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, proqramda Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib.
“Seçki proqramımız mənim müraciətimlə başlayır, bu müraciət isə 2021-ci ildə parlamentdə qəbul edilmiş hökumətin 2021-2026-cı illərə dair fəaliyyət proqramından sitatla başlayır. Əlbəttə, son vaxtlar bu hissədən dəfələrlə sitat gətirmişəm, amma seçki proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm.
Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması, 2021-ci il növbədənkənar seçkilərin nəticələri ilə xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır. Əziz Ermənistan vətəndaşı, “Vətəndaş Müqaviləsi” Partiyası sizin dəstəyinizlə qarşınızda üzərinə götürdüyü ən böyük missiyanı yerinə yetirib. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb.
İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun”, - o bildirib.
Nikol Paşinyan vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramının ideoloji əsası “Real Ermənistan” ideologiyası və Ermənistanın iqtisadi və institusional transformasiya doktrinasıdır. Ermənistan Baş naziri həmçinin 2026-2031-ci illər üçün əsas görüləcək işləri təqdim edib.
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar












.jpg)






















