Yaxın Şərq
Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
Amerikalı keçmiş diplomat Ças Friman Vaşinqtonun İranla bağlı gizli hərbi planlarının pozulduğunu bəyan edib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ağ Ev mövcud qarşıdurmanı kəskin hərbi eskalasiya ilə bitirməyi hədəfləsə də, Tehranın diplomatik manevrləri və Hörmüz boğazı ilə bağlı addımı vəziyyəti kökündən dəyişib.
Friman hazırkı vəziyyətdə İranın daha əlverişli mövqedə olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, İranın Hörmüz boğazından kənarda böyük neft ehtiyatlarının olması ölkəyə gəlirlərini qorumaq imkanı verir.
Xatırladaq ki, aprelin 17-də Tehran atəşkəs dövründə kommersiya gəmilərinin boğazdan keçidinə icazə verdiyini açıqlasa da, ABŞ məhdudiyyətləri aradan qaldırmayıb. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazın yenidən bağlanacağını və yaxınlaşan gəmilərə zərbə endiriləcəyi barədə xəbərdarlıq edib.
Müəllif: Adəm
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
















.jpg)




















