ABŞ
Hakan Fidan Türkiyə liderinin Putinə nə söylədiyini AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ankaranın Ukrayna üzrə danışıqları, o cümlədən dövlət başçıları səviyyəsində görüşü təşkil etməyə hazır olduğunu çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən beşinci Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında məlumat verib.
Fidan qeyd edib ki, bu məsələdə vəziyyət təkcə Türkiyənin istəyindən deyil, həm də tərəflərin hazırlığından asılıdır.
Aprelin 18-də Türkiyə hökumətindəki mənbə agentliyə bildirmişdi ki, Ankara çox qısa müddətdə Ukrayna üzrə danışıqların bərpası üzərində işləyir. Elə həmin gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İstanbulda danışıqların bərpası imkanını müsbət qarşıladığını və "dialoqdan qaçmadığını", lakin bu mövzunu heç kimə diktə etməyəcəyini bəyan edib. Nazirin sözlərinə görə, "kim hazır olsa, təklif irəli sürsün", Rusiya tərəfi isə təklif olunan müddət, məkan və gündəliyi qiymətləndirəcək.
Aprelin 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanla görüşündə Türkiyə liderinin İstanbulda münaqişənin tənzimlənməsi üzrə yeni danışıqlar raundu keçirmək təklifindən sonra Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib.
Hüseyn İbadlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq




















.jpg)















.jpg)