Macarıstanda qarşıdurma - Maqyar prezidentə vaxt verdi: Ya könüllü get, ya da...
Bizi izləyin

Dünya

Macarıstanda qarşıdurma - Maqyar prezidentə vaxt verdi: Ya könüllü get, ya da...

Macarıstanda qarşıdurma - Maqyar prezidentə vaxt verdi: Ya könüllü get, ya da...

Macarıstanda seçkilərdə tarixi zəfər qazanan "Tisa" partiyasının lideri Peter Maqyar hakimiyyətə gələr-gəlməz ölkədəki əsas fiqurlara ultimatum göndərib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni lider birbaşa prezident Tamaş Şuyoku hədəf alaraq, ona mayın 31-nə qədər vaxt verib.

Maqyar bəyan edib ki, əgər dövlət başçısı və bir sıra yüksək rütbəli məmurlar könüllü şəkildə istefa verməsələr, o, milyonlarla macardan aldığı mandatdan istifadə edərək onları güclə vəzifədən kənarlaşdıracaq.

Seçkilərin 100%-lik səsləri hesablandıqdan sonra məlum olub ki, “Tisa” partiyası 141 mandat qazanıb, “Fidesz - Xristian Demokrat Xalq Partiyası” isə 52 mandat əldə edib. “Tisa” 96 birmandatlı dairədə qalib gəlib, Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” isə 10 dairədə üstün olub. Partiya siyahıları üzrə isə tərəflər demək olar ki, bərabər sayda mandat qazanıblar.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm