Nida Xəbər
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir.
Xüsusilə ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin qısaldılması və orta təhsilli çağırışçılar üçün fərqli müddətlərin tətbiqi ideyası cəmiyyətdə tez-tez səsləndirilən təkliflərdəndir.
Təkliflərə görə, ali təhsilli gənclər üçün 6 aylıq, digər çağırışçılar üçün isə 1 illik xidmət modeli həm təhsilin daha effektiv istifadəsinə, həm də ordunun kadr potensialının daha çevik planlanmasına imkan verə bilər.
Lakin bu kimi dəyişikliklərin tətbiqi yalnız sosial və təhsil amilləri ilə deyil, həm də ölkənin müdafiə strategiyası, hərbi hazırlıq standartları və resurs planlaması ilə birbaşa bağlıdır. Ona görə də belə bir modelin mümkünlüyü məsələsi hələ də müzakirə və qiymətləndirmə mərhələsində olan mövzulardan biri kimi qalır.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, gələcəkdə ali təhsilli şəxslər üçün hərbi xidmətin müddətinin azaldılması müzakirə oluna bilər:
"Ümumilikdə isə xidmət müddətinin bir ilə qədər azaldılması da praktiki olaraq mümkündür. Lakin indiki şəraitdə bu məsələ hələlik müzakirə olunmur".
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin mövcud vəziyyətdə, regionda döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda, ordunun komplektləşdirmə faizini aşağı salmaq indiki şəraitdə məqsədəuyğun deyil.
Həmsöhbətimiz sonda qeyd edib ki, mövcud olan hərbi xidmət haqqında qanunun tələblərinə uyğun xidmət müddətləri indiki şərait üçün optimaldır və bu müddətlər özünü kifayət qədər doğruldur.
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi



































