Nida Xəbər
Azərbaycan Çexiya bazarında nə satır?
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən biznes-forumda iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edildi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycan Çexiya ilə 841 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib:
"Ötən il Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub ki, onunda 745 milyon dollar ixrac, 69 milyon dolları isə idxal olub.
Çexiyadan dərman vasitələri (1.219 milyon dollar), şəkərdən hazırlanan digər qənnadı məmulatları (734 min dollar), natrium sianidlər (691 min dollar), minik avtomobilləri üçün rezin şinlər (662 min dollar), plastik borular və şlanqlar (555 min dollar), metal konstruksiyalar (630 min dollar), immunoloji məhsullar (440 min dollar), plastik kütlədən hazırlanmış santexnika məmulatları (297 min dollar), maqnezium sulfat (208 min dollar) və digər məhsullar idxal olunub.
Çexiya ixracatımızın əhəmiyyətli hissəsi faizi xam neft və neft məhsullarıdır. Ötən il Azərbaycan Çexiyaya 742.2 milyon dollarlıq xam neft və neft məhsulları göndərib. Bu baxımda, Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında neftdən kənar sektorlar üzrə əməkdaşlığı gücləndirə bilər".
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?

















.jpg)
.jpg)

















