Dünya
Bu termoslar insanları kor etdi: Şirkət bütün müştərilərə kompensasiya ödəyəcək
ABŞ-da Çin istehsalı olan termoslardakı qüsur ciddi xəsarətlərə səbəb olub.
Publika.az xəbər verir ki, “Oddity Central”ın məlumatına görə, bəzi termos modellərində təzyiqi buraxan klapanın olmaması səbəbindən qapaqlar qəfil yüksək sürətlə açılaraq insanlara zərər vurur.
Bu cür hadisələr nəticəsində üç nəfər tamamilə görmə qabiliyyətini itirib, ümumilikdə isə 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İstehsalçı “Thermos” şirkəti 2008-2024-cü illər arasında satılmış 8 milyondan çox məhsulun geri çağırıldığını açıqlayıb.
Şirkət konstruktiv qüsuru etiraf edib və hazırda yalnız ABŞ-dakı müştərilərdən kompensasiya müraciətləri qəbul olunur.
Müəllif: Roza
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi




























.png)

.jpg)



