Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
Bizi izləyin

Dünya

Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü

Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü

Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib. Liuyanq şəhərində qeydə alınan hadisə nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, ərazidə beş xilasetmə qrupu fəaliyyət göstərir. Səfərbər olunmuş heyətin ümumi sayı 482 nəfər təşkil edir.

Məlumata görə, güclü detonasiya nəticəsində yaranan zərbə dalğası 300-400 m radiusda yerləşən binalara da ziyan vurub.

Ölü sayının artacağı istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm