Dünya
ABŞ kəşfiyyatı etiraf etdi: İran 9 aya nüvə silahı hazırlaya bilər
ABŞ kəşfiyyatı İranın nüvə proqramını zəiflətmək cəhdinin uğursuz olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin birgə əməliyyatı Tehranın nüvə fəaliyyətinə ciddi təsir göstərə bilməyib.
Vaşinqton hesab edir ki, İranın nüvə silahı hazırlaması üçün 9-12 ay kifayət edə bilər.
Ekspertlər qeyd edirlər ki, ölkədə yüksək zənginləşdirilmiş uran ehtiyatları demək olar toxunulmaz qalıb və onların dəqiq həcmi məlum deyil. Bu amil nüvə silahının hazırlanma müddətinin müəyyənləşdirilməsində əsas faktor sayılır.
İranın Hindistandakı səfiri Məhəmməd Fətali isə açıqlamasında vurğulayıb ki, ABŞ ilə danışıqların bərpası üçün əsas şərtlər sanksiyaların tam ləğvi və İranın dinc nüvə hüququnun tanınmasıdır. Onun sözlərinə görə, bu hüquq müzakirə mövzusu deyil və İran beynəlxalq normalara uyğun fəaliyyət göstərməyə davam edir.
Müəllif: Roza
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi

























.png)


.jpg)




