Region
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: Ölkəni fəlakətə aparırsan
Rusiyalı politoloq İvan Mezyuxo bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni Rusiya əleyhinə yönəltməyə çalışır.
Publika.az xəbər verir ki, Lenta.ru-ya danışan politoloq Avropaya inteqrasiya yolunu düşmənçilik yolu kimi təsvir edib və Paşinyanın Ermənistanı fəlakətə apardığını iddia edib.
“Bu gün Nikol Paşinyan Ermənistanı Rusiya əleyhinə yola salmağa çalışır, çünki hazırkı şəraitdə Avropaya inteqrasiya yolu açıq düşmənçilik yoludur, Paşinyan ölkəsini bu yolla fəlakətə aparır. Əslində, Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammiti əsl Rusiya əleyhinə bir toplantıdır və onun çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada 9 May Qələbə Günü şənliklərinə qarşı təhdidlər irəli sürür ” , - Mezyuxo bildirib.
Politoloqun fikrincə, Ermənistan Zelenskinin açıqlamalarına cavab verməli idi, amma vermədi.
“Buna görə də bu gün deyə bilərik ki, Nikol Paşinyan ölkəsini Ukrayna yolu ilə aparır. Görünür, o, Kiyevin acı təcrübəsindən heç nə öyrənməyib . Əslində, o və hökuməti ölkənin suverenliyini məhv edirlər”, - deyə Mezyuxo vurğulayıb.
Politoloq qeyd edib ki, Avropanın əsas geosiyasi qovşaqları olan yeni bazarlara ehtiyacı var.
“Avropanın motivi aydındır: o, Qafqazda təsir uğrunda Rusiya və ABŞ ilə rəqabət mübarizəsinə girir. Bəs Ermənistan və onun xalqı bundan nə qazanacaq? Heç nə. Ermənistan konyakı Avropa standartlarına cavab verirmi? Bu gün Ermənistan iqtisadiyyatı Avropa Birliyinin aparıcı iqtisadiyyatları ilə müqayisədə rəqabətədavamlıdırmı? Yoxsa Ermənistanın dəmir yolları AB standartlarına uyğunlaşdırılıb? Heç buna yaxın da deyillər”, - deyə Mezyuxo bildirib.
Müəllif: Tural
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı






.jpg)









.jpg)




















