Dünya
ABŞ Pakistandakı baş konsulluğunu niyə bağlayır?
ABŞ Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğunu tədricən bağlamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Dövlət Departamentinin açıqlamasında deyilir: "Bu qərar diplomatik personalın təhlükəsizliyini və mühafizəsini təmin etmək və resurslarımızın effektiv idarə olunmasına sadiqliyimizi əks etdirir".
Peşəvərdəki diplomatik nümayəndəliyin bağlanmasına baxmayaraq, ABŞ Pakistandakı diplomatik mövcudluğunu qoruyub saxlayacaq. Paytaxt İslamabaddakı səfirliklə yanaşı, Lahor və Karaçidəki ABŞ baş konsulluqları da fəaliyyətini davam etdirəcək.
Peşəvərdəki Baş Konsulluq Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın strateji bir yerdə yerləşirdi. O, uzun müddət ABŞ-ın qonşu ölkədəki əməliyyatları üçün logistika mərkəzi və qeyri-sabit bölgədəki Amerika vətəndaşları üçün əsas təmas nöqtəsi kimi xidmət etmişdir.
Bağlanma ideyası bir ildən çox müzakirə edildi. 2026-cı ilin mart ayında Dövlət Departamenti Konqresi planlar barədə məlumatlandırmış və illik qənaətin 7,5 milyon dollara qədər olacağını bildirmişdi. Mərhələli bağlanma rəsmi olaraq 5 may 2026-cı ildə elan edildi. Prosesin özü büdcəyə təxminən 3 milyon dollara başa gələcək.
Müəllif: Tural
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu


































