Dünya
Konsertdən sonra baş verən qəza məşhur müğənninin həyatına son qoydu - Foto
Braziliyanın tanınmış ifaçılarından olan, səhnədə Zau O Pasaru təxəllüsü ilə çıxış edən İzak Bruno Koni Silva faciəvi avtomobil qəzasında həyatını itirib.
Publika.az xəbər verir ki, 27 yaşlı sənətçi ölümündən bir gün əvvəl Barreyras şəhərində konsert proqramı ilə çıxış edib. Bahia ştatında keçirilən tədbirə biletlərin tam satıldığı, hətta bəzi pərəstişkarların konsertə qatıla bilmədiyi bildirilir.
Konsertdən sonra Silva üç həmkarı ilə birlikdə Lauro de Freitas şəhərində yerləşən evinə yollanıb. Mayın 4-də səhər saatlarında onun idarə etdiyi SUV tipli avtomobil magistral yolda yük maşını ilə toqquşub.
Qəzanın güclü zərbəsi nəticəsində xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarmaq üçün qapıları xüsusi alətlərlə kəsməli olublar.
Müğənniyə hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Avtomobildə olan digər sərnişinlər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Silva Braziliyada küçə və klub musiqi mədəniyyəti ilə bağlı olan, sambanın qollarından biri sayılan paqoda janrında ifaları ilə tanınırdı. Onun iki qız övladı var.
Müəllif: Publika.az
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi













.jpg)























