Dünya
ABŞ İranla bağlı yeni sanksiya paketini açıqladı - Siyahıda onlar da var
Vaşinqton administrasiyası İran neftinin Çinə satışını və daşınmasını təşkil etməklə İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) maliyyələşdirdiyi iddia olunan 12 şəxs və qurumu “qara siyahı”ya salıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sanksiyalar İranın neft gəlirlərini gizlətmək və beynəlxalq şirkətlər vasitəsilə rejimə ötürməkdə iştirak edən şəbəkələri hədəf alır.
Sanksiya siyahısına İranın neft əməliyyatlarında iştirak etdiyi deyilən bir sıra yüksək vəzifəli şəxslərlə yanaşı, Honkonqda fəaliyyət göstərən şirkətlər də daxil edilib. ABŞ həmin şirkətlərin tankerlər vasitəsilə milyonlarla dollarlıq neft ticarətində rol oynadığını iddia edir.
Qərar Körfəz regionuna da təsir edib. BƏƏ və Omanda yerləşən logistika və ticarət şirkətləri də sanksiyalara məruz qalıb. ABŞ bu qurumların İran neftinin daşınması və müqavilələrin təşkilində iştirak etdiyini açıqlayıb.
Yeni məhdudiyyətlər çərçivəsində adı çəkilən şəxslərin və şirkətlərin ABŞ-dakı aktivləri dondurulacaq, onlarla ticarət əlaqələrinə qadağalar tətbiq olunacaq.
Müəllif: Roza
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 14 İyun 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 14 İyun 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm14 İyun 16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin214 İyun 16:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər











.webp)






















