Dünya
Si Cinpin Vladimir Putini şəxsən qarşıladı
Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekində, danışıqların keçiriləcəyi Xalq Toplantıları Evinin qarşısında şəxsən qarşılayıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri məlumat verib.
Görüşdən əvvəl Tyananmen meydanında Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
Xatırladaq ki, Vladimir Putin mayın 19-da ikigünlük rəsmi səfərlə Çinə gəlib. Pekin hava limanında Rusiya lideri üçün yüksək səviyyəli qarşılanma mərasimi təşkil olunub. Təyyarənin pilləkəni önündə onu Çinin xarici işlər naziri Van İ, Çinin Rusiyadakı səfiri Çjan Hanhuey və Rusiyanın Pekindəki diplomatik missiyasının rəhbəri İqor Morqulov qarşılayıblar.
Səfər münasibətilə hava limanında hər iki ölkənin dövlət bayraqları qaldırılıb və fəxri qarovul dəstəsi düzülüb. Həmçinin, çinli məktəblilər və tələbələr Rusiya Prezidentini salamlayıblar.
Hüseyn İbadlı
-
Sağlamlıq08:24Diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlandı
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
































