Putin Trampla bu ölkədə görüşəcək - Tarix açıqlandı
Bizi izləyin

Dünya

Putin Trampla bu ölkədə görüşəcək - Tarix açıqlandı

Putin Trampla bu ölkədə görüşəcək - Tarix açıqlandı

Rusiya prezidenti Vladimir Putin bu ilin payızında ABŞ lideri Donald Tramp ilə görüşə bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu tarixi görüşün Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutması gözlənilir.

Vladimir Putin çinli həmkarı Si Cinpin ilə apardığı danışıqlar zamanı Şençjen şəhərində təşkil olunacaq sammitdə şəxsən iştirak edəcəyini artıq təsdiqləyib.

Dmitri Peskov Rusiya və ABŞ liderlərinin gözlənilən təması barədə danışarkən bildirib ki, belə bir görüş nəzəri cəhətdən tamamilə mümkündür: “Nəzəri olaraq orada sammitin bütün iştirakçıları ilə görüşmək imkanı var, onsuz da bu cür sammitlər elə bu məqsədlərlə keçirilir”.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm