Dünya
Rusiya Paşinyanı devirmək üçün ordu göndərib? - Moskvadan reaksiya gəldi
Rusiyanın Xarici İşlər Nazirliyi “The Insider” nəşrinin baş nazir Nikol Paşinyana qarşı fəaliyyət göstərmək üçün FSB, QRU və SVR əməkdaşlarının İrəvana göndərilməsi ilə bağlı yaydığı məlumatları yalan adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, sözügedən “araşdırma”da yer alan iddialar həqiqəti əks etdirmir və məqsəd Rusiya diplomatlarına psixoloji təzyiq göstərmək, eləcə də seçkilər öncəsi Ermənistan cəmiyyətini qorxutmaqdır.
“Materialda göstərilən arqumentlər açıq yalan və təşkil olunmuş təxribatdan başqa bir şey deyil”, - açıqlamada vurğulanıb.
Rusiya XİN əlavə edib ki, nəşr irəli sürdüyü ittihamları təsdiqləyəcək heç bir ciddi sübut təqdim edə bilməyib və yazıda çoxsaylı faktoloji səhvlərə yol verilib.
“‘The Insider’ ittihamları təsdiqləyən heç bir inandırıcı fakt ortaya qoya bilmir”, - deyə bildirilib.
Nazirlik həmçinin İrəvandakı Rus Evi ilə bağlı iddialara da münasibət bildirib. Qeyd edilib ki, qurumun humanitar, mədəni və təhsil layihələri, eləcə də “yumşaq güc” siyasəti onun xaricdəki əsas fəaliyyət istiqamətlərinə uyğundur.
Moskva Rusiyanın Ermənistanın daxili işlərinə qarışdığı barədə ittihamları da rədd edib. Bildirilib ki, Rusiyanın Ermənistandakı diplomatik fəaliyyəti 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına uyğun həyata keçirilir.
Sonda Rusiya XİN bu cür materialları Moskvanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib.
“İrəvandakı "Rusiya agentləri" ilə bağlı növbəti "sensasiya"nı Rusiyanın və onun Ermənistanla əlaqələrinin gözdən salınmasına xidmət edən kampaniyanın bir hissəsi hesab edirik”, - açıqlamada qeyd olunub.
Müəllif: Adəm
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər
-
Region12:38Türkiyə ilə Ermənistan nümayəndələri görüşdü: Mühüm razılaşma əldə edilib
-
İdman11:00“Sportinq”in gürcüsünün ilham pərisi - FOTOLAR
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...






















.jpg)











