Milyarder motosiklet qəzasında ÖLDÜ - FOTO
Bizi izləyin

Dünya

Milyarder motosiklet qəzasında ÖLDÜ - FOTO

Milyarder motosiklet qəzasında ÖLDÜ - FOTO

Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətində motosikletlə qəzaya düşərək həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, “Triumph Bonneville” markalı motosikleti idarə edən Smirnov nəqliyyat vasitəsinə nəzarəti itirib və qarşı zolağa çıxaraq “Haval” markalı avtomobillə toqquşub. O, hadisə yerində ölüb.

Məlumata görə, Mixail Smirnovun sərvəti 7,79 milyard rubl olub. O, “Neva Oil” və “Baltik Yanacaq Şirkəti”nin (BTK) ortaq sahiblərindən biri kimi tanınıb.

Qeyd edək ki, Mixail Smirnov 2024-cü ilin yekun reytinq cədvəlində Rusiyanın ən zəngin milyarderləri siyahısında 108-ci yerdə qərarlaşıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm