Dünya
ABŞ-dan Avropaya Rusiya ilə bağlı xəbərdarlıq: Səbri tükənə bilər
Avropanın Rusiyaya qarşı hərbi təxribatları mütənasib cavabla nəticələnə bilər.
Publika.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor professor Qlenn Dizenlə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya Avropa ölkələrini təhdid etmir, lakin ona qarşı aqressiv hərəkətlərini dayandırmasalar, Moskvanın səbri tükənə bilər.
"Rusiyaya hücumlar Baltikyanı ölkələr və ya Qara dənizdən Rumıniya vasitəsilə həyata keçirilir. Bu, çox təhlükəlidir", - Makqreqor vurğulayıb.
O, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallası tənqid edərək, onu balanssız və məntiqsiz adlandırıb. Hərbçi həmçinin estoniyalı siyasətçinin bu vəzifəyə təyin edilməsi qərarını absurd hesab edərək, "bunun heç bir mənası olmadığını" vurğulayıb.
Müəllif: Tural
-
Region10:06Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab
-
Magazin208:48Bred Pittin sevgilisi ilə çəkdirdiyi fotolar müzakirələrə səbəb oldu
-
Pul08:122026-cı il üçün dolların maksimum məzənnəsi AÇIQLANDI
-
Magazin206:16“Koçari” sevgilisindən ayrıldı - VİDEO
-
Sağlamlıq04:44Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Belə hərəkət böyük uğurlar gətirəcək
-
Nəqliyyat21 May 23:50Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var
-
Magazin121 May 23:40“Gülləri mən yox, siz gətirməliydiniz" - VİDEO


































