Sosial
Gürcüstana səfər edənlərə XƏBƏRDARLIQ - Əlavə 12 manat da ödəməlisiniz!
Gürcüstana səfər etmək istəyən şəxslər artıq məcburi səfər sığortası əldə etməlidirlər.
Publika.az Xəzər Tv-yə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər.
Gürcüstanla dəmiryolu nəqliyyatının bərpa edilməsi bu məsələni yenidən gündəmə gətirib.
Vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Qatar reyslərinin bərpasından sonra sığortaya tələbat artıb.
O da bildirilir ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir. Bununla yanaşı sığortalı vətəndaş tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilər.
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
























.jpg)















