Dünya
Rusiya qorxusu Polşanı hərəkətə keçirdi: Bunker tikintisi sürətləndirildi
Polşa Rusiyadan mümkün eskalasiya riski fonunda ölkə üzrə bunkerlərin və sığınacaqların tikintisini sürətləndirir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Prosesə səbəb kimi son aylarda Polşa ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) düşməsi göstərilir.
Keçmişdə ArcelorMittal zavodunun mətbuat katibi olmuş Eva Karpinska bildirib ki, onlar Soyuq Müharibə dövründən qalma bunkeri miras alıblar. Onun sözlərinə görə, bu obyekt sökülməyib, əksinə tarixi yaddaş nümunəsi kimi qorunub saxlanılıb.
Polşanın Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Departamentinin müdir müavini Robert Klonovski qeyd edib ki, ölkədə son “normal” sığınacaqlar 1980-ci illərin ortalarında tikilib. Onun sözlərinə görə, hazırda aparılan sorğulara əsasən, Polşa əhalisinin cəmi 1 faizi real bunker və ya xüsusi qorunan sığınacaqlara çıxış imkanına malikdir. Digər vətəndaşlar isə təhlükə zamanı əsasən zirzəmilər və metro stansiyalarına yönəlməli olacaqlar.
Analitik Pyotr Voyke isə bildirib ki, mütəxəssislər hələ də böyük şəhərlərin dron hücumlarından necə effektiv qorunacağını tam müəyyənləşdirə bilməyiblər. Hazırda hökumət yeni tikilən binalarda məcburi sığınacaq otaqlarının inşasını tələb edir və “Harada gizlənməli?” adlı mobil tətbiqin istifadəyə verilməsini planlaşdırır.
Müəllif: Adəm
-
Dünya15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır
-
Region14:02Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı
-
Nida Xəbər 12:41Əli Əsədov qərar imzaladı
-
Nida Təhlil 12:35Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir
-
Dünya11:50Tramp oğlunun toyuna gedəcək? - Getsəm də tənqid olunacağam, getməsəm də
-
ABŞ11:12"Əzrayıl" məhkumun damarını tuta bilmədi, ölüm hökmü bir il təxirə salındı
-
Region10:06Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab



































