Sosial
WUF13-ün bağlanış mərasimi keçirildi - YENİLƏNDİ
15:22
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, bağlanış mərasimində rəsmilər, BMT təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasimi bədii proqramla başlayıb, videoçarxlar nümayiş edilib.
Bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib:
“Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir”.
O diqqətə çatdırıb ki, bu həftə Bakıda gördüyümüz ən vacib məqamlardan biri əməkdaşlığın yalnız işlək mexanizm deyil, həm də böyük problemlərin həllində effektiv vasitə olmasıdır.
Daha sonra mərasimdə WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev görülən işlərlə bağlı detallı məlumatları iştirakçılarla bölüşüb:
“Forum beynəlxalq medianın diqqət mərkəzində olub. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib:
“Bakıda keçirilən Dünya Şəhər Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır”.
Daha sonra bağlanış mərasimində müxtəlif ölkələrin nümayəndələri və BMT rəsmilərinin fikirləri dinlənilib.
Bağlanış mərasimində çıxışlardan sonra konsert proqramı keçirilib.
-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video

















.jpg)


















