Dünya
Cənubi Kiprdə seçki: Türk əleyhdarı ELAM parlamentdə 8 yer qazandı
Dünən Cənubi Kiprdə keçirilən parlament seçkilərində ənənəvi sağ və sol partiyalar səs itirərkən, türk düşmənçiliyi ilə tanınan irqçi ELAM partiyası 3-cü yerə yüksəlib.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, ELAM 56 yerlik parlamentdə 8 yer qazanıb.
Bununla da, ELAM əvvəlki seçki ilə müqayisədə səslərini 4 faiz artıraraq 10 faiz səviyyəsinə çatdırıb.
569 min 192 qeydiyyatdan keçmiş seçicinin olduğu seçkilərdə 17 siyasi partiya mübarizə aparıb. Sağçıların ən böyük partiyası olan Demokratik Səfərbərlik Partiyası (DISI) səslərin 27 faizini toplayaraq 17 yer qazanıb. İkinci yerdə isə Kommunist AKEL qərarlaşıb və 24 faiz səslə 15 yer əldə edib.
Qeyd olunub ki, Cənubi Kiprin prezidentlik sisteminə görə hökumət dəyişikliyi olmayacaq, lakin rum lider Nikos Xristodulides 6 partiyası olan yeni, parçalanmış parlamentdə qanunların qəbul edilməsində çətinlik çəkəcək.
Müəllif: Roza
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir















.jpg)


















